Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bu ilin yanvar-iyul aylarında xarici ölkələrlə 30 milyard 333 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 0,9% çoxdur.
Hesabata görə, Azərbaycanın ixracı 7,9% azalaraq 20 milyard 777 milyon ABŞ dollarına, idxalı isə 27,5% artaraq 9 milyard 556 milyon ABŞ dollarına çatıb.
Nəticədə xarici ticarət dövriyyəsində 9 milyard 769 milyon dollarlıq müsbət saldo yaranıb, bu, ötən ilin eyni dövrünə nisbətən 25,5% az olub.
Bizi sosial şəbəkələrdən izləyin!!