Azərbaycanın xarici ticarət dövriyyəsi 35,5 mlrd. dolları ötüb | Banco.az

Azərbaycanın xarici ticarət dövriyyəsi 35,5 mlrd. dolları ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 35 milyard 505 milyon ABŞ dollarına çatıb.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1% çoxdur.

Son 1 ildə Azərbaycanın ixracı 7,2% azalaraq 24 milyard 355 milyon ABŞ dollarına enib, idxalı isə 25,7% artaraq 11 milyard 151 milyon ABŞ dollarına çatıb.

Nəticədə xarici ticarətdə 13 milyard 204 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 24% az olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram