Azərbaycanın xarici ticarət dövriyyəsi 11% artıb | Banco.az

Azərbaycanın xarici ticarət dövriyyəsi 11% artıb

Cari ilin yanvar-aprel ayları ərzində Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 11,35% artaraq 5 595,7 mln. ABŞ dollarına çatıb.

Bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verilir.

Bu müddətdə idxal 16,53% azalaraq 2 164,998 mln. dollar, ixrac 41,11% artaraq 3 430,702 mln. dollar təşkil edib. Beləliklə, cari ilin yanvar-aprel ayları ərzində xarici ticarət dövriyyəsində 1 265,705 mln. dollarlıq müsbət saldo yaranıb. Qeyd edək ki, ötən ilin müvafiq dövründə mənfi saldo 144,369 mln. dollar təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Hesabata əsasən, Azərbaycan cari ilin ilk 4 ayı ərzində 157 ölkə ilə ticarət əməliyyatı həyata keçirib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə tərəfdaş ölkələrin sayının 3%-dən çox artması deməkdir. Bu müddətdə Azərbaycan 1 921 adda məhsul ixracı həyata keçirib, ölkəyə isə 6 298 adda məhsul idxal olunub.

Mənbə: Report.az