Azərbaycanın xarici dövlət borcu 8%-dək azalıb | Banco.az

Azərbaycanın xarici dövlət borcu 8%-dək azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı il mayın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 87 mlrd. 916,2 mln. ABŞ dollarına çatıb.

Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

    Bu, 2025-ci ilin eyni dövrünə nisbətən 15% çoxdur.

    Qeyd edək ki, 2026-cı il mayın 1-nə Azərbaycanın xarici dövlət borcu 4 mlrd. 678,4 milyon ABŞ dolları təşkil edib. Bu da illik müqayisədə 7,8% azdır.

    Bizi sosial şəbəkələrdən izləyin!!

    Facebook

    Instagram

    Telegram