Azərbaycanın xaricə pomidor satışından gəliri açıqlandı | Banco.az

Azərbaycanın xaricə pomidor satışından gəliri açıqlandı

2019-cu ilin yanvar-noyabr ayları ərzində (11 ayda) Azərbaycandan 166 milyon 685 min dollar dəyərində 155 min 365 pomidor ixrac olunub.

Təkcə Noyabr ayında 19 milyon 79 min dollar dəyərində 15 min 789 ton pomidor ixrac edilib.

Sentyabr ayında Azərbaycandan xarici ölkələrə 750 min dollar dəyərində 906 ton, Oktyabr ayında isə 5 milyon 315 min dollar dəyərində 5428 ton pomidor ixracı olunmuşdu.

Ən sərfəli kredit üçün müraciət et

POMİDOR ƏN ÇOX MAYDA, ƏN AZ İSƏ AVQUSTDA İXRAC EDİLİB

Pomidor ixracından Azərbaycana Yanvarda 10 milyon 490 min dollar, Fevralda 7 milyon 318 min dollar, Martda 7 milyon 648 min dollar, Apreldə 24 milyon 188 min dollar, Mayda 54 milyon 595 min dollar, İyunda 33 milyon 817 min dollar, İyulda 3 milyon 153 min dollar, Avqustda 333 min dollar, Sentyabrda 750 min dollar, Oktyabrda 5 milyon 315 min dollar, Noyabrda 19 milyon 79 min dollar valyuta daxil olub.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et