Azərbaycanın valyuta ehtiyatları 2017-ci il aprelin 1-nə 37 639,9 mln. ABŞ dolları təşkil edib.
Bunun 88,2%-i və yaxud 33 207,2 mln. dolları Azərbaycan Dövlət Neft Fondunun (ARDNF), 11,8%-i və yaxud 4 432,7 mln. dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Bu ilin I rübündə ölkənin valyuta ehtiyatları 518,5 mln. dollar və yaxud 1,4% artıb. Artım ARDNF-in valyuta ehtiyatlarında 60,2 mln. dollar və yaxud 0,2%, AMB-nin valyuta ehtiyatlarında isə 458,3 mln. dollar və yaxud 11,4% olub.
Son bir ildə isə ölkənin valyuta ehtiyatları 671,9 mln. dollar və yaxud 1,75% azalıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 1 038,8 mln. dollar və yaxud 3% azalıb, AMB-nin ehtiyatları isə 366,9 mln. dollar və yaxud 9% artıb.
ARDNF-in valyuta ehtiyatları (mln. ABŞ dolları) |
AMB-nin valyuta ehtiyatları (mln. ABŞ dolları) |
Azərbaycanın məcmuvalyuta ehtiyatları (mln. ABŞ dolları) |
|
01.04.2017 | 33 207,2 | 4 432,7 | 37 639,9 |
01.01.2017 | 33 147,0 | 3 974,4 | 37 121,4 |
01.10.2016 | 35 822,1 | 4 132,7 | 39 954,8 |
01.07.2016 | 35 117,9 | 4 283,9 | 39 401,8 |
01.04.2016 | 34 246,0 | 4 065,8 | 38 311,8 |
Mənbə: Report.az