Azərbaycanın valyuta ehtiyatları bu il iyulun 1-nə 49 659,6 milyon ABŞ dolları təşkil edib.
Bunun 87%-i və yaxud 43 223,3 milyon ABŞ dolları Azərbaycan Dövlət Neft Fondunun (ARDNF), 13%-i və yaxud 6 436,3 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Bu ilin II rübündə ölkənin valyuta ehtiyatları 1 916,3 milyon ABŞ dolları və yaxud 4% artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 1 873,8 milyon ABŞ dolları və yaxud 4,5%, AMB-nin valyuta ehtiyatlarında isə 42,5 milyon ABŞ dolları və yaxud 0,7% artım olub.
Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 1 256,5 milyon ABŞ dolları və yaxud 2,6% artıb. İl ərzində ARDNF-nin valyuta ehtiyatları 759,6 milyon ABŞ dolları və yaxud 1,8%, AMB-nin valyuta ehtiyatları isə 496,9 milyon ABŞ dolları və yaxud 8,4% artım nümayiş etdirib.
ARDNF-nin |
AMB-nin |
Azərbaycanın |
|
01.07.2020 |
43 223,3 |
6 436,3 |
49 659,6 |
01.04.2020 |
41 349,5 |
6 393,8 |
47 743,3 |
01.01.2020 |
43 323,3 |
6 258,0 |
49 581,3 |
01.10.2019 |
42 524,4 |
6 034,1 |
48 558,5 |
01.07.2019 |
42 463,7 |
5 939,4 |
48 403,1 |
Report
Bizi sosial şəbəkələrdən izləyin!!