Azərbaycanın valyuta ehtiyatları 3 mlrd. dollara yaxın azalıb | Banco.az

Azərbaycanın valyuta ehtiyatları 3 mlrd. dollara yaxın azalıb

Azərbaycanın valyuta ehtiyatlarının ümumi həcmi 2017-ci il yanvarın 1-nə 37 121,4 mln. ABŞ dolları təşkil edib. Bunun 89,29%-i və yaxud 33,147 mlrd. dolları Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF), 10,71%-i və yaxud 3 974,4 mln. dolları isə Mərkəzi Bankın (AMB) payına düşüb.

Ötən ilin IV rübündə ölkənin valyuta ehtiyatları 2 833,4 mln. dollar və yaxud 7,09% azalıb. Son üç ayda ARDNF-in ehtiyatlarında 2 675,1 mln. dollar və yaxud 7,47%, AMB-nin ehtiyatlarında isə 158,3 mln. dollar və yaxud 3,83% azalma baş verib.

Qeyd edək ki, 2016-cı il ərzində Azərbaycanın məcmu valyuta ehtiyatları 1 469,4 mln. dollar və yaxud 3,81% azalıb.

Tarix

ARDNF-in valyuta ehtiyatları
(mln. ABŞ dolları)

AMB-nin valyuta ehtiyatları
(mln. ABŞ dolları)

Azərbaycanın məcmu valyuta 
ehtiyatları (mln. ABŞ dolları)

01.01.2017

33 147,0

3 974,4

37 121,4

01.10.2016

35 822,1

4 132,7

39 954,8

01.07.2016

35 117,9

4 283,9

39 401,8

01.04.2016

34 246,0

4 065,8

38 311,8

01.01.2016

33 574,1

5 016,7

38 590,8

Ən sərfəli kredit üçün müraciət et