Azərbaycanın üzv olduğu bank Çinə yardım etdi | Banco.az

Azərbaycanın üzv olduğu bank Çinə yardım etdi

Asiya İnfrastruktur və İnvestisiya Bankı (AIIB) koronovirusla (COVID-19) mübarizə çərçivəsində Çinə 1 milyon ABŞ dolları dəyərində yardım göndərib. 

Bu barədə Bankdan bildirilib. 

Məlumata görə, həmin yardın AIIB-in işçilərinin verdiyi ianələr, bankdaxili fondlar hesabına toplanılıb və Çinin paytaxtı Pekində, eləcə də Vuhan şəhərində koronovirusla mübarizə aparan səhiyyə işçilərinə çatdırılıb. Ümumi çəkisi 40 ton olan yardıma 51 min tibbi maska, 46 min qoruyucu geyim, 17 min əməliyyat önlüyü, 21 min qutu əməliyyat əlcəyi, digər tibbi və epidemik preventiv məhsullar daxildir.

“AIIB rəhbərliyi və işçiləri Çin xalqının yanındadır. Biz əlimizdən gələn köməyi göstərməyə hazırıq. Çin sakinləri olaraq öhdəmizə düşən köməyi göstərmək istəyirik” - deyə Bankın prezidenti və İdarə Heyətinin sədri Cin Liqun (Jin Liqun) bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Azərbaycan AIIB-in üzvüdür. 2015-ci il iyunun 29-da Pekində 57 ölkə AIIB-in yaradılması üçün müqavilə imzalayıb. Azərbaycan tərəfindən bu müqaviləni Maliyyə naziri Samir Şərifov imzalayıb. Rəsmi Bakının üzvlüyü 2016-cı il iyunun 24-də ratifikasiya edilib.

Azərbaycanın Bankda nominal iştirak payı 254,1 milyon ABŞ dolları, nisbi iştirak payı 0,2627%, səsvermə hüququ 2,93%-dir.

report.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç