Azərbaycanın uzunmüddətli enerji strategiyası hazırlanır | Banco.az

Azərbaycanın uzunmüddətli enerji strategiyası hazırlanır

“Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası”nın hazırlanması da davam etdirilir.

Bunu Energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Azərbaycan energetiklərinin peşə bayramı günü münasibəti ilə rəsmi mətbuatda dərc edilən məqalədə bildirib.

Onun sözlərinə görə, ilk dəfə olaraq hazırlanan və 2050-ci ilə qədər olan dövrü əhatə edən strategiya sənədində elektroenergetika, qaz təchizatı, istilik təchizatı, enerji səmərəliliyi, bərpa olunan enerji mənbələrindən istifadə, aşağı karbon tutumlu nəqliyyat kimi sahələr əks olunmuş və müxtəlif ssenarilər üzrə energetika sektorunun strateji inkişaf istiqamətlərinin təhlili aparılıb.

Nazir bildirib ki, qanunvericilik bazasının formalaşdırılması çərçivəsində “Energetika haqqında” və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası qanunlarının yeni layihələri də hazırlanmaqdadır.

Ən sərfəli kredit üçün müraciət et

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et