2019-cu ildə Azərbaycanın ümumi daxili məhsulu 76,8 milyard manat təşkil edəcək. Eyni zamanda, qeyri-neft sektorunda real artım 3,9%, neft sektorunda isə 3,1% təşkil edəcək. Bu proqnozu İqtisadiyyat Nazirliyi verib.
Nazirliyin məlumatına görə, qeyri-neft sektorunun ÜDM-nin (61,6% - 2019) neft sektoruna (38,4% - 2019) nisbəti dəyişməz olaraq qalacaq (62,6% - 37,3%).
Eyni zamanda, 2022-ci ildə Azərbaycanın ÜDM-i 100 milyard manata yaxınlaşacaq. Bunun 62 milyard manatdan çoxu qeyri-neft sektorunun payına düşəcək. Müqayisə üçün deyək ki, Dövlət Statistika Komitəsinə görə, 2016-cı ildə ölkənin ÜDM-i 60,4 milyard manat təşkil edib.