Azərbaycanın turizm sektorunun nümayəndələri İrana səfər edəcək | Banco.az

Azərbaycanın turizm sektorunun nümayəndələri İrana səfər edəcək

Azərbaycanın turizm sahəsində fəaliyyət göstərən özəl şirkətlərindən ibarət nümayəndə heyəti İrana səfər edəcək. 

Bunu İranın Mədəni İrs, Əl İşləri və Turizm Təşkilatının sədr müavini Vəliyullah Teymuri Tehran bürosuna açıqlamasında deyib.

O bildirib ki, əldə olunmuş razılığa əsasən səfər 2 gün sonra baş tutacaq və  Tehranda iki ölkənin turizm sahəsində əməkdaşlığının inkişaf etdirilməsinə dair müzakirələr aparılacaq. 

Ən sərfəli kredit üçün müraciət et

V. Teymurinin sözlərinə görə, belə səfərlər Azərbaycan və İran arasında turizm sahəsində əməkdaşlığın inkişafı üçün zəruridir.

“Hər il Azərbaycandan diqqətə çarpacaq qədər turist İrana səfər edir. İrandan da Azərbaycana turistlər səfər edir”, - deyə o vurğulayıb.

V. Teymuri qeyd edib ki, iki ölkənin rəsmiləri daim bir-birləri ilə əlaqə yaradır və  hər iki ölkədə turizmin inkişafı üçün dövlət səviyyəsində ciddi iradə mövcuddur. 

APA.az

Ən sərfəli krediti almaq üçün müraciət et