Azərbaycanın ticarət obyektlərində kriptovalyuta ilə necə ödəniş etmək olar? – EKSPERT | Banco.az

Azərbaycanın ticarət obyektlərində kriptovalyuta ilə necə ödəniş etmək olar? – EKSPERT

“Ölkəmizdə, nəinki ticarət obyektlərində, ümumiyyətlə, kriptovalyutanın dəyişdirilməsi hazırkı tənzimləmələrlə uyğun görünmür. Mövcud qanunvericilikdə kriptovalyuta pul vasitəsi hesab olunmur və statusu qeyri-müəyyəndir”.

Bunu kriptovalyuta üzrə ekspert Hüseyn İbadov deyib.

Hüseyn İbadov bildirib ki, ümumiyyətlə, ödənişlərin qəbulu üçün ticarət obyektində quraşdırılmış Bitcoin cüzdan tətbiqi olmalıdır: 

Ən sərfəli kredit üçün müraciət et

Həm müştəri, həm də ticarət obyektinin cüzdanı olduqda ödəniş sürətlə həyata keçirilir. Hazırda bəzi qurumlar blokçeyn texnologiyaları ödənişlərin tənzimlənməsi mexanizmi üzərində işləyir və araşdırmalar aparır. Əgər gələcəkdə hüquqi status müəyyən edilsə, qeyri-müəyyən məqamlar açıqlansa, Azərbaycandakı kriptovalyutalarla ödənişlər gözlənilə bilər”.

ted.az