Müəllif: Gülnar Əhmədli, Banco.az
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-aprel aylarında ölkədən 8 milyard 416 milyon 329 min kubmetr təbii qaz ixrac edilib.
Banco.az xəbər verir ki, ixrac edilən təbii qazın dəyəri isə 2 milyard 535 milyon 848 min ABŞ dolları olub.
Hesabat dövründə qaz ixracı illik müqayisədə miqdar ifadəsində 3,1% artıb, dəyər baxımından isə 17,3% azalıb.
Qeyd edək ki, 2026-cı ilin ilk 4 ayında Azərbaycanın ümumi ixracında təbii qazın payı 21,35% olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
