Azərbaycanın taxıl ehtiyatı nə yerdədir? | Banco.az

Azərbaycanın taxıl ehtiyatı nə yerdədir?

Müəllif: Gülbəniz Hüseynli /Banco.az

Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin sədri Səbuhi Sadıqov parlamentdə “Dövlət ehtiyatları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib ki, hazırda ölkədə taxıl ehtiyatı 4 aydan artıqdır.

Banco.az-ın məlumatına görə, 2022-ci ilin əvvəlinə buğdanın statistik balansının qalığı əvvəlki illə müqayisədə 62,3% azalaraq 325,7 min tona düşüb. Bu barədə Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən təqdim edilən məlumatlarda deyilir.

Statistikaya əsasən, 2023-cü il üçün payızlıq bitkilər üçün əkin sahələri 2,5%, o cümlədən buğda 7,3% artıb.

Daha çox buğda idxal etdiyimiz Rusiyada 2021-ci ilin dekabr ayında ərzaqlıq buğdanın 1 tonunun orta aylıq ixrac qiyməti 2019-cu ilin analoji dövrü ilə müqayisədə 58,7 %, 2020-ci ilin dekabr ayı ilə müqayisədə isə 33,1% yüksək olub. 2021-ci ilin 11 ayında Azərbaycan 1 milyon tondan artıq buğda idxal edib və həmin idxal üçün 288 milyon dollara yaxın vəsait xərclənib.

2020-ci ilin 11 ayında isə 1.2 milyon ton buğda idxal olunub. Amma 262 milyon dollar vəsait ödənilib. Azərbaycanda bir il ərzində istehlak səbəti üzrə adambaşına təqribən 150 kiloqram çörək düşür.

Un bazarında 50 kq-lıq bir kisə unun topdansatış qiyməti 9 mart 2023-cü il tarixində 35,5-37,2 manat olub. 2022-ci ilin avqust ayında bu göstərici 40,7-41,5 manat təşkil edirdi. Cari ilin fevral ayında ərzaqlıq buğdanın orta aylıq idxal dəyəri 307,4 ABŞ dolları təşkil edib ki, bu da, 2022-ci ilin avqust ayı (354,4 ABŞ dolları) ilə müqayisədə 13% aşağıdır. 4 il bundan öncə BMT dünyada taxıl-buğda qıtlığının olacağı ilə bağlı xəbərdarlıq edirdi.

Ən sərfəli kredit üçün müraciət et

Bu barədə Azərbaycan Toxumçular Assosiasiyasından bildiriblər ki, Azərbaycan hər il Rusiya və Qazaxıstandan taxıl idxal edir. Taxıla olan illik tələbatımız 3,5 milyon ton təşkil edir. Bunun 1,4 milyon tonu idxal olunur. Tək ötən il Azərbaycan Rusiyanın Ulyanovsk vilayətindən 15 227 ton taxıl idxal edib. Bu idxal bizi Ulyanovskdan ən çox taxıl idxal edən ölkələr sırasına daxil etdi.

Azərbaycanda taxıl əsasən Şəki, Beyləqan, Ağcabədi, Ağstafa və Tovuz bölgəsində yetişdirilirdi. 2023-cü ildə artıq Qarabağın Ermənistan işğalından azad edilən ərazilərində də ildə 100 ton buğda əldə ediləcəyi gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et