2013-cü ildə ölkənin strateji valyuta ehtiyatları 4.1 mlrd. dollar və ya 9% artaraq 50 mlrd. dolları ötüb.
Gün.Az-ın Mərkəzi Bankın Pul siyasəti icmalına istinadən verdiyi xəbərə görə, bu da təqribən 3 illik mal və xidmətlərin idxalına kifayət edir. Eyni zamanda strateji valyuta ehtiyatları xarici dövlət borcundan təqribən 9 dəfə çoxdur.
Hazırda strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbəti təxminən 70%-ə yaxındır. Bu göstəriciyə görə Azərbaycan dünyada ilk 20-likdədir.