Azərbaycanın strateji valyuta ehtiyatları 34 aylıq mal və xidmət idxalına kifayət edib | Banco.az

Azərbaycanın strateji valyuta ehtiyatları 34 aylıq mal və xidmət idxalına kifayət edib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın strateji valyuta ehtiyatları beynəlxalq qəbul edilmiş kifayətlilik normalarını üstələməkdə davam edib. 

Banco.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "Pul Siyasət İcmalı"nda qeyd edilib. 

Məlumata görə, 2023-cü ilin iyun ayının 30-na ölkənin strateji valyuta ehtiyatları 34 aylıq mal və xidmət idxalına kifayət edib (2023-cü ilin I rübü üzrə mal və xidmət idxalı götürülməklə). Strateji ehtiyatlar manatla pul kütləsini (M2) 3.6 dəfə üstələyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et