Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda 2024-cü ilin yanvar ayında Cənubi Koreyanın markası “Samsung”un bazar payı azalaraq 27,11% təşkil edib. Dekabr ayında “Samsung”un bazar payı 31,16%, ötən ilin yanvarında isə 43,82% olub.
Banco.az bu barədə "statcounter"ə istinadən xəbər verir.
Məlumata görə, Çinin “Xiaomi” markasının bazar payı yanvarda 20,68% olub. Dekabrda bu göstərici 23,36% təşkil edib. Ötən ay ABŞ-ın markası “Apple”ın bazar payı isə dekabrla müqayisədə 15,83%-dən 16,48%-ə yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!