Azərbaycanın sığorta xəritəsi | Banco.az

Azərbaycanın sığorta xəritəsi

Azərbaycanda fəaliyyət göstərən 28 sığorta şirkətindən 21-i ölkənin regionlarında öz filiallarını açıb. Bunlardan yalnız “Azərsığorta” – Dövlət Sığorta Kommersiya Şirkəti bütün şəhər və rayonlarda təmsil olunur. Özəl sığorta şirkətləri arasında ən çox filial "Xalq Sığorta" və "Atəşgah Sığorta" şirkətlərinə məxsusdur. Bu şirkətlərin Bakıda və rayonlarda ümumilikdə 20 filialı var.

“İpək yolu Sığorta”, “Azərqarant”, “Çartis Azərbaycan”, “Günay Sığorta”, “Qala Həyat”, “Rəvan Sığorta” və “Royal Sığorta”nın nə bölgələrdə, nə də paytaxtda heç bir filialı yoxdur.

Bakıda ən çox filialı olan şirkətlər “Azərsığorta” və “Atəşgah”dır. Bu şirkətlərin filialları Bakının 11 rayonunda fəaliyyət göstərir. 

Şirkətlərin əksəriyyətində filiallarda ödəniş həyata keçirilmir. Yəni, sığorta ödənişini almaq üçün mütləq baş ofisə gəlmək lazımdır. Amma bəzi şirkətlər filiallar vasitəsilə də ödəniş edirlər. Bu siyahıya “A-Qroup”, “Alfa Sığorta”, "Başak İnam Sığorta", “Buta Sığorta”, “Atasığorta”, “Azərsığorta” və "Era Trans" şirkətlərini aid etmək mümkündür. 

Sığorta şirkətlərinin filiallarının bir qismi 5 gün, bir qismi isə 6 gün fəaliyyət göstərir. Amma bu iş rejiminin sığorta hadisələrini araşdıran mütəxəssislərə heç bir aidiyyəti yoxdur. Onlar günün 24 saatı iş başındadırlar və növbə ilə bir-birini əvəz edirlər.

Sığorta şirkətinin adı

Şirkətin filialları

Filialların sayı

Regional filiallarda
həftəlik iş
günlərinin sayı

Regional filiallarda
sığorta ödənişi həyata keçirilirmi?

1

“Azərsığorta” DSKŞ

Bakı (Baş ofis)
Bakı (11)
Bütün şəhər və rayonlar

84

5

+

2

“Xalq Sığorta” ASC

Bakı (Baş ofis)
Bakı (5)
Gəncə
Sumqayıt
Xaçmaz
Qazax
Yevlax
İsmayıllı
Quba
Şabran
Cəlilabad
Neftçala
Zaqatala
Qusar
Şamaxı
Şəki
Lənkəran

20

5

-

3

“Atəşgah Sığorta” ASC

Bakı (Baş ofis)
Bakı (11)
Gəncə
Sumqayıt
Xaçmaz
Lənkəran
Salyan
Şəki
İsmayıllı
Bərdə
İmişli

20

6

-

4

“Atəşgah Həyat Sığorta” ASC

Bakı (Baş ofis)
Bakı (11)
Gəncə
Sumqayıt
Xaçmaz
Lənkəran
Salyan
Şəki
İsmayıllı
Bərdə
İmişli

20

6

-

5

“Alfa Sığorta” ASC

Bakı (Baş ofis)
Gəncə
Sumqayıt
Quba
Lənkəran
Zaqatala
Tovuz
Neftçala
Mingəçevir
Qəbələ
Cəlilabad
Beyləqan

11

5

+

6

“Azsığorta” ASC

Bakı (Baş ofis)
Gəncə
Sumqayıt
Xaçmaz
Lənkəran
Qəbələ
Şirvan
Yevlax

7

5

-

7

“Azərbaycan Sənaye Sığorta” ASC

Bakı (Baş ofis)
Gəncə
Sumqayıt
Şamaxı
Şəki
Yevlax
Lənkəran
Xaçmaz

7

5

-

8

“Standard İnsurance” ASC

Bakı (Baş ofis)
Gəncə
Sumqayıt
Lənkəran
Quba
Şəki
Şirvan
Şamaxı

7

6

-

9

“AXA MBASK” ASC

Bakı (Baş ofis)
Bakı (1)
Gəncə
Sumqayıt
Şəki
Lənkəran
Şamaxı

6

5

-

10

“Meqa Sığorta” ASC

Bakı (Baş ofis)
Gəncə
Mingəçevir
Ağsu
Zaqatala
Xaçmaz
Astara

6

5

-

11

“Atasığorta”ASC

Bakı (Baş ofis)
Bakı (1)
Sumqayıt
Şəmkir
Xaçmaz
Lənkəran

5

5

+

12

“Qarant Sığorta” ASC

Bakı (Baş ofis)
Bakı (1)
Gəncə
Quba
Şəki
Lənkəran

5

5

-

13

“Paşa Sığorta” ASC

Bakı (Baş ofis)
Bakı (3)
Gəncə
Sumqayıt

5

6

-

14

“Era Trans” ASC

Bakı (Baş ofis)
Sumqayıt
Yevlax
Ağsu
Şirvan

4

6

+

15

“Başak İnam Sığorta” ASC

Bakı (Baş ofis)
Gəncə
Sumqayıt
Beyləqan

3

5

+

16

“Paşa Həyat Sığorta” ASC

Bakı (Baş ofis)
Gəncə
Sumqayıt
Zaqatala

3

5

-

17

“Bakı Sığorta” ASC

Bakı (Baş ofis)
Bakı (1)
Gəncə

2

6

-

18

“Beynəlxalq Sığorta Şirkəti” ASC

Bakı (Baş ofis)
Bakı (1)
Gəncə

2

5

-

19

“Buta Sığorta” ASC

Bakı (Baş ofis)
Gəncə
Sumqayıt

2

6

+

20

“A-Qroup” ASC

Bakı (Baş ofis),
Gəncə

1

5

+

21

“Əmrah Sığorta” ASC

Bakı (Baş ofis)
Gəncə

1

5

-

22

“İpək yolu” ASC

Bakı (Baş ofis)

0

-

-

23

“Azərqarant

Bakı (Baş ofis)

0

-

-

24

“Çartis Azərbaycan” ASC

Bakı (Baş ofis)

0

-

-

25

“Günay Sığorta” ASC

Bakı (Baş ofis)

0

-

-

26

“Qala Həyat” ASC

Bakı (Baş ofis)

0

-

-

27

“Rəvan Sığorta” ASC

Bakı (Baş ofis)

0

-

-

28

“Royal Sığorta” ASC

Bakı (Baş ofis)

0

-

-

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et