Azərbaycanın sığorta sektorunda orta əməkhaqqı açıqlanıb | Banco.az

Azərbaycanın sığorta sektorunda orta əməkhaqqı açıqlanıb

2021-ci il iyunun 30-na Azərbaycanda sığorta bazarının aktivləri 1 milyard 373 milyon 593,7 min manat təşkil edib ki, bu da 2020-ci ilin sonuna olan göstəricidən 1,4% çoxdur.

Bu barədə maliyyə bazarındakı mənbə məlumat verib.

Bank hesablarında 375 milyon 176,5 min manat və ya aktivlərin 27,3%-i (azalma 13,8%), uzunmüddətli maliyyə aktivlərində 420 milyon 724,3 min manat (artım 9,8%), debitor borclarında 191 milyon 387,6 min manat (artım 18,5%), nağd vəsaitlərdə 377 milyon 197,6 min manat (azalma 13,9%), qalan məbləğ isə digər aktivlərdə toplanıb.

2021-ci il iyulun əvvəlinə sığorta sektorunun məcmu nizamnamə kapitalı 395 milyon 920,3 min manat (artım 3,9%) təşkil edib.

1 iyul 2021-ci il tarixinə sektorun sığorta ehtiyatları 720 milyon 782 min manat (artım 6,9%), ümumi bölüşdürülməmiş mənfəəti 83 milyon 530,3 min manat (azalma 28,8%) təşkil edib.

2021-ci il iyulun 1-nə sığorta sektorunda 32 hüquqi şəxs qeydiyyata alınıb, onların 31-i özəl hüquqi şəxs (7 şirkət xarici kapitala malikdir - İF), 20-i sığorta şirkəti, 1-i təkrar sığorta şirkəti, 11-i isə broker şirkətidir.

Ən sərfəli kredit üçün müraciət et

2021-ci il iyulun 1-nə Azərbaycanın sığorta sektorunda orta əmək haqqı 1916,3 manat təşkil edib, bu isə 2020-cu ilin analoji dövrünün göstəricisindən 16,6% çoxdur.

İnterfaks

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et