Azərbaycanın sığorta bazarında artım müşahidə olunur | Banco.az

Azərbaycanın sığorta bazarında artım müşahidə olunur

Bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 25 sığorta şirkətinin xətti ilə 356,18 mln. manat sığorta haqqı toplanıb. Maliyyə Bazarlarının Nəzarət Palatasının yaydığı məlumata görə, bu, 2015-ci ilin eyni dövrü ilə müqayisədə 13,85% çoxdur.

8 ay ərzində sığorta şirkətlərinin ödənişləri isə 136,772 mln. manat təşkil edib. Bu da ötən ilin yanvar-avqustuna nisbətən 17,75% çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 38,4 manatı ödəniş edilib. Bu rəqəm 2015-ci ilin ilk 8 ayında 37,1 manat olub.

Mənbə : Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et