Azərbaycanın sığorta bazarı ötən il 6% azalıb | Banco.az

Azərbaycanın sığorta bazarı ötən il 6% azalıb

Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 2019-cu il ərzində 681,177 mln. manat həcmində sığorta haqqı toplanıb.

2018-ci illə müqayisədə sığorta yığımları 6,4% azalıb.

Hesabat dövründə şirkətlər tərəfindən 301,537 mln. manat həcmində ödəniş həyata keçirilib ki, bu da illik müqayisədə 25,5% çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Hesabat ilində könüllü sığorta bazarı üzrə yığımlar 456,604 mln. mant, ödənişlər 220,910 min manat təşkil edib. İllik müqayisədə müvafiq olaraq 14,8% azalma, 28% artım qeydə alınıb.

2019-cu il ərzində şirkətlərin icbari sığorta yığımları 224,573 mln. manat, ödənişləri 80,627 mln. manat olub. Bu isə illik müqayisədə yığımlarda 17% artım, ödənişlərdə 19% artım deməkdir.

APA

Ən sərfəli krediti almaq üçün müraciət et