Azərbaycanın sığorta bazarı 7%-dən çox böyüyüb | Banco.az

Azərbaycanın sığorta bazarı 7%-dən çox böyüyüb

Bu ilin yanvar-may aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 426,638 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

Azərbaycan Mərkəzi Bankının məlumatlarına əsasən, bu, ötən ilin eyni dövrünə nisbətən 7,2 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 129,033 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 50,1 % azdır.

5 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 30,2 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 52,3 manat olub.

Report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram