Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda 2026-cı ilin yanvar-aprel aylarında 610 milyon 216 min manat sığorta haqqı yığılıb.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 21 milyon 750 min manat və ya 3,7% çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 304 milyon 353 min manata bərabər olub. Bu da illik müqayisədə 73 milyon 20 min manat və ya 31,6% artım deməkdir.
Bizi sosial şəbəkələrdən izləyin!!
