Azərbaycanın sığorta bazarı 4% böyüyüb | Banco.az

Azərbaycanın sığorta bazarı 4% böyüyüb

Bu ilin yanvar-mart aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 258,425 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 3,8 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 61,228 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 2,4 dəfə azdır.

3 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 23,7 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 58,4 manat olub.

report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et