Azərbaycanın sığorta bazarı 13 % böyüyüb | Banco.az

Azərbaycanın sığorta bazarı 13 % böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 654,918 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

Bu, ötən ilin eyni dövrünə nisbətən 12,8 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 283,671 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 16,5 % azdır.

8 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 43,3 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 58,5 manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et