2015-ci ilin yanvar-aprel aylarında Azərbaycandakı 27 sığorta şirkətinin xətti ilə 166 milyon manat sığorta haqqı toplanıb. Banco.az portalının Azərbaycan Sığortaçılar Assosiasiyasına məlumatına əsasən, bu, 2014-cü ilin eyni dövrünə nisbətən 11,1% çoxdur.
4 ay ərzində sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər isə 58,1 milyon manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 31,4% çoxdur.
Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 35 manat ödəniş edilib. Bu rəqəm 2014-cü ilin yanvar-aprel aylarında 29,6 manat olub.