Azərbaycanın sənaye zonalarına 3,4 milyard dollar investisiya yatırılıb | Banco.az

Azərbaycanın sənaye zonalarına 3,4 milyard dollar investisiya yatırılıb

"Hazırda Azərbaycanın sənaye zonalarında 82 rezident fəaliyyət göstərir". Bunu Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən, iki ölkə arasında eyni standartların tətbiqi ilə bağlı tədbirdə İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib. Onun sözlərinə görə, indiyə qədər bu rezidentlər ölkə iqtisadiyyatına 3,4 milyard ABŞ dolları investisiya yatırıb, 11 min yeni iş yeri yaradıb.

Ən sərfəli kredit üçün müraciət et

Bundan başqa, nazir müavini deyib ki, indiyə qədər Azərbaycanda 346 sahibkarlıq subyektinə 407 investisiya təşviqi sənədi verilib: "Bununla da yerli istehsala 3,9 mlrd. manat investisiya yatırılması və 27 mindən çox yeni iş yerinin açılması imkanı yaradılıb. Artıq investisiya dəyəri 2,5 mlrd. manatdan çox olan 245 müəssisə fəaliyyət göstərir".

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç