Azərbaycanın Rusiyaya ixracında 34%-dək artım | Banco.az

Azərbaycanın Rusiyaya ixracında 34%-dək artım

Müəllif: Gülnar Əhmədli, Banco.az

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 3 milyard 443 milyon 55 min dollar təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 20.1% çoxdur.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycandan Rusiyaya ixracın həcmi 2022-ci ilin 10 ayı ilə müqayisədə 33.6% artaraq 961 milyon 39 min dollara bərabər olub.

2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanın Rusiyadan idxalının həcmi isə cəmi 2 milyard 482 milyon 15 min dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan 10 aylıq dövrdə Rusiyaya daha çox qeyri-neft məhsulları ixrac edib (881 milyon 411 min dollarlıq).

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et