Azərbaycanın Rusiyadan idxalı 24% artıb | Banco.az

Azərbaycanın Rusiyadan idxalı 24% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bu ilin yanvar-iyul aylarında Rusiyaya 711 milyon 534 min ABŞ dolları dəyərində məhsul ixrac edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 239 milyon 194 min ABŞ dolları və ya 50,6% çoxdur.

Hesabat dövründə Azərbaycanın Rusiyadan idxalı isə 1 milyard 733 milyon 794 min ABŞ dollarına bərabər olub ki, bu da 2022-ci ilin yanvar-iyul aylarına nisbətdə 333 milyon 371 min ABŞ dolları və ya 23,8% çoxdur.

Qeyd edək ki, ilk 7 ayda iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri isə 2 milyard 445 milyon 329 min ABŞ dollarına bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram