Azərbaycanın Rusiyadan idxalı 20%-dən çox artıb | Banco.az

Azərbaycanın Rusiyadan idxalı 20%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanla Rusiyanın ticarət dövriyyəsi bu ilin yanvar-avqust aylarında 2 milyard 786 milyon 710 min dollar təşkil edib.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 589,3 milyon dollar və ya 26,8% çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 1 milyard 992 milyon 232 min dollarlıq (illik müqayisədə 20,5% çox) məhsul idxal edib. Azərbaycanın Rusiyaya ixracı isə 794 milyon 478 min dollara bərabər olub.

Qeyd edək ki, ötən ilin ilk 8 ayında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2,2 milyard dollar dəyərində olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et