Azərbaycanın regionlarından Bakıya internetlə avtobus bileti almaq mümkün olacaq | Banco.az

Azərbaycanın regionlarından Bakıya internetlə avtobus bileti almaq mümkün olacaq

Azərbaycanın regionlarından paytaxt Bakıya hərəkət edən sərnişin avtobuslarına internetlə bilet satılması üçün texniki işlər aparılır. 

Bu barədə  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova məlumat verib.  

Ən sərfəli kredit üçün müraciət et

"Hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən regionlara hərəkət edən avtobuslara onlayn rejimdə biler satışı həyata keçirilir. Gələcəkdə əks istiqamətdə də internetlə bilet almaq mümkün olacaq", - deyə o, qeyd edib. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et