Azərbaycanın qonşu ölkələrinin hansında internet daha sürətlidir? | Banco.az

Azərbaycanın qonşu ölkələrinin hansında internet daha sürətlidir?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin iyul ayında mobil internetin sürətinə görə 104 ölkə arasında Azərbaycan 74.76 Mbps sürətlə 56-cı yerdə qərarlaşıb. Ötən ay ölkəmizdə genişzolaqlı internetin orta sürəti isə 82.58 Mbps (81-ci) olub. 

Banco.az internetin sürətini yoxlamaq üçün istifadə edilən etibarlı veb-sayt olan "Speedtest"ə istinadən Azərbaycanın qonşu ölkələrində internetin sürətini təqdim edir. 

Ötən ay mobil internetin sürəti Gürcüstanda 147.21 Mbps (21-ci), Türkiyədə 69.10 Mbps (60-cı), İranda 61.31 Mbps (65-ci), Ermənistanda 64.87 Mbps (63-cü), Rusiyada isə 37.79 Mbps (91-ci) olub. 

Genişzolaqlı internetin sürətinə gəldikdə isə bu siyahıda 1-ci Rusiya (90.74 Mbps), 2-ci Ermənistan (71.40 Mbps), 3-cü Türkiyə (54.95 Mbps), 4-cü Gürcüstan (41.91 Mbps), 5-ci isə İran (19.35 Mbps) qərarlaşıb.

153 ölkə arasındakı reytinqdə isə Rusiya 67-ci, Ermənistan 94-cü, Türkiyə 101-ci, Gürcüstan 113-cü, İran 138-ci olub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram