Azərbaycanın qızıl ixracından gəlirləri 24% azalıb | Banco.az

Azərbaycanın qızıl ixracından gəlirləri 24% azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Cari ilin yanvar-iyun aylarında Azərbaycan 60.5 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu, illik müqayisədə 23.8% azdır.

Banco.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın iyul sayına istinadən xəbər verir.

Məlumata görə, 2022-ci ilin eyni aylarında qızıl ixracının ümumi dəyəri 79.4 mln. dollara bərabər olub. 

Əlavə edək ki, bu ilin iyun ayında Azərbaycan 13.3 mln. dollarlıq qızıl ixrac edib ki, bu da illik müqayisədə 19.4% azalmadır. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram