Müəllif: Gülnar Əhmədli, Banco.az
Cari ilin yanvar-iyul aylarında Azərbaycan 72.1 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu, illik müqayisədə 23.1% azdır.
Banco.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın avqust sayına istinadən xəbər verir.
Məlumata görə, 2022-ci ilin eyni aylarında qızıl ixracının ümumi dəyəri 93.7 mln. dollara bərabər olub.
Əlavə edək ki, təkcə bu ilin iyul ayında Azərbaycan 11.5 mln. dollarlıq qızıl ixrac edib ki, bu da illik müqayisədə 20.1% azalmadır.
Bizi sosial şəbəkələrdən izləyin!!