Azərbaycanın qeyri-neft ixracı ötən il 10%-dən çox artıb | Banco.az

Azərbaycanın qeyri-neft ixracı ötən il 10%-dən çox artıb

2022-ci ilin yanvar-dekabr aylarında Azərbaycanın qeyri-neft məhsullarının ixracının dəyəri 3 mlrd. ABŞ dollarına yaxınlaşıb.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) verdiyi məlumata görə, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı 2 991,99 mln. ABŞ dolları təşkil edib və bu, 2021-ci il ilə müqayisədə 10,3% çoxdur.

Ötən ilin IV rübündə qeyri-neft məhsullarının ixracı 875,22 mln. ABŞ dolları təşkil edib ki, bu da III rüb ilə müqayisədə 32,8% çoxdur. 2022-ci ilin təkcə dekabr ayında qeyri-neft məhsullarının ixracının dəyəri 303,48 mln. ABŞ dolları olub.

Xatırladaq ki, 2021-ci ildə Azərbaycanın qeyri-neft ixracı 2 713,4 mln. ABŞ dolları təşkil edib. 

APA

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et