Azərbaycanın qeyri-neft ixracı 22% artıb | Banco.az

Azərbaycanın qeyri-neft ixracı 22% artıb

Cari ilin yanvar-may aylarında Azərbaycanın qeyri-neft məhsullarının ixracının dəyəri 1 milyard 465,85 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 22,1 faiz çoxdur.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO-nun məlumatına görə, 2023-cü ilin may ayında Azərbaycanın qeyri-neft ixracı 2022-ci ilin may ayı ilə müqayisədə 25,8 faiz artaraq 278,25 milyon ABŞ dolları təşkil edib.

Qeyd edək ki, bu ilin birinci rübündə Azərbaycandan qeyri-neft məhsullarının ixracı ötən ilin eyni rübü ilə müqayisədə 23,2 faiz artaraq 912,4 milyon ABŞ dollarına bərabər olub.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı əvvəlki illə müqayisədə 12,3 faiz artaraq 3 milyard 47,67 milyon ABŞ dolları təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et