Azərbaycanın qeyri-neft ixracatı niyə azalıb? | Banco.az

Azərbaycanın qeyri-neft ixracatı niyə azalıb?

Müəllif: Gülnar Əhmədli, Banco.az

“2024-cü ilin yanvar ayında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni ayı ilə müqayisədə faktiki qiymətlərlə 22,0 faiz,real ifadədə 30,0 faiz azalaraq 222,0 milyon dollar olub. Dövlət Statistika Komitəsi bununla bağlı açıqlama yayıb”.

Banco.az xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov deyib.

O bildirib ki, qeyri-neft-qaz ixracatındakı aylıq azalma daha çox mövsümi faktorlar ilə bağlı olsa da digər iqtisadi səbəblər də dövriyəyə təsirsiz ötüşməyib: “Belə ki, 2022 və 2023-cü illərdə qeyri neft-qaz ixracatının dəyərinə regiondakı inflyasiya səviyyəsi də təsir göstərirdi. İxrac bazarlarımızdakı yüksək inflyasiya məhsulların dəyərini həcm ilə müqaysiədə  daha çox artırırdı. 2023-cü ilin payız aylarından başlayaraq isə qlobal və regional inflyasiya səviyyəsində azalmalar müşahidə olundu ki, bu da ümumi ixracın dəyərinə təsir göstərdi”.

V. Bayramovun sözlərinə görə, bununla yanaşı, elektrik enerjisi və spirtli və spirtsiz içkilərin ixracatının azalması ümumi qeyri-neft ixracatına təsir göstərib:

“Digər tərəfdən, daha çox məhsul ixrac etdiyimiz bazarlarda alıcılıq qabiliyyəti və milli valyutaların məzənnələri də ixrac dövriyyəsinə təsir göstərir. Belə ki, qeyri-neft-qaz məhsulları ixracatının 55.4 faizi iki ölkənin payına düşüb. Neftsiz ixracatın 34 faizi Rusiya, 21.4 faizi isə Türkiyəyə yönəlib.

Ən sərfəli kredit üçün müraciət et

Bunlar ilə yanaşı, kənd təsərrüfatı mövsümünün başlanmasının yenidən Azərbaycanın qeyri-neft ixracatını artıracağı istisna deyil. Bütün hallarda qeyri neft-qaz ixracatının strukturunun və ixrac bazarlarının şaxələndirilməsi prioritet olaraq qalmaqdadır”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et