"Azərbaycanın qeyri-neft ixracatı artım tempini qoruyub saxlayıb" | Banco.az

"Azərbaycanın qeyri-neft ixracatı artım tempini qoruyub saxlayıb"

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Azərbaycanın qeyri-neft ixracatı artım tempini qoruyub saxlayıb. Belə ki, bu ilin ilk 8 ayında qeyri-neft ixracatı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 17.8 faiz artaraq 2 milyard dollardan çox olub".

Banco.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, qeyri-neft ixrac dəyərində Rusiya 32 faizlə ilk sırada olsa da, bu, mövsümi olaraq şimal qonşumuza daha çox kənd təsərrüfatı məhsulları ixrac etməyimiz ilə bağlıdır: "Belə ki, qeyri-neft ixracatımızda 27.7 faizlə ikinci ən böyük tərəfdaşımız olan qardaş Türkiyənin növbəti aylarda payının daha da artacağı gözlənilir. Bütövlükdə, növbəti dövrlərdə qeyri-neft ixracatında Türkiyənin Azərbaycanın əsas tərəfdaşı olacağı gözlənilir. Gürcüstan qeyri-neft ixracat məhsullarımızın 9.9 faizini, İsveçrə 4.1 faizini, Qazaxıstan isə 3.3 faizini alır".

"Bu müddətdə ümumi ixracatın həcmi 16 milyard 776 milyon dollar olub. Göründüyü kimi, qeyri-neft ixracatın həcminin artmasına baxmayaraq, ümumi ixracatda payı hələ də yüksək deyil. Bu isə o deməkdir ki, iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı islahatların daha da dərinləşdirilməsi prioritetliyini qoruyub saxlamaqdadır", - V. Bayramov vurğulayıb. 

Əlavə edək ki, Dövlət Gömrük Komitəsinin bu ilin 7 ayına olan məlumatına görə, cari ilin əvvəlindən qeyri-neft ixracımız aşağıdakı kimi dəyişib: 

Aylar

Qeyri-neft ixracının məbləği (min ABŞ dolları)

Yanvar

284.532.000

Yanvar-fevral

651.423.310

Yanvar-mart

912.192.590

Yanvar-aprel

1.187.218.660

Yanvar-may

1.465.801.510

Yanvar-iyun

1.773.346.570

Yanvar-iyul

2.006.900.350

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et