Azərbaycanın Qazaxıstanla ticarət dövriyyəsi 14% artıb | Banco.az

Azərbaycanın Qazaxıstanla ticarət dövriyyəsi 14% artıb

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın Qazaxıstanla apardığı ticarət mübadiləsinin həcmi 220 578,03 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26 868,13 min dollar və ya 13,9% çoxdur.

Cari ilin ilk on bir ayında Azərbaycandan Qazaxıstana ixracın həcmi 23 067,78 min dollar təşkil edib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 19 910,46 min dollar və ya 46,3% azalıb. İdxalın həcmi isə 197 510,25 min dollara bərabər olub ki, bu göstərici 2018-ci ilin eyni dövrü ilə müqayisədə 46 778,59 min dollar və ya 31% artıb.

Ən sərfəli kredit üçün müraciət et

Nəticədə, hesabat dövründə 174 442,47 min dollarlıq mənfi saldo yaranıb ki, bu da illik ifadədə 66 689,05 min dollar və ya 61,9% çoxdur.

APA

 

Ən sərfəli krediti almaq üçün müraciət et