Azərbaycanın qaz ixracından gəlirləri 80% artıb | Banco.az

Azərbaycanın qaz ixracından gəlirləri 80% artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 1 131 480,27 min ABŞ dolları dəyərində 7 837 583,3 min kubmetr təbii qaz ixrac edib.

Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabata görə, bu ilin ilk rübü ərzində Azərbaycanın ixrac etdiyi təbii qazın dəyəri 2020-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 37,7%, həcmi isə 79,5% artıb.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycan 2 190 522,13 min ABŞ dolları dəyərində 12 424 490,44 min kubmetr təbii qaz ixrac edib. Ötən il ərzində Azərbaycanın ixrac etdiyi təbii qazın dəyəri 2019-cu ilin göstəricisi ilə müqayisədə 7,44%, həcmi isə 0,9% azdır. 

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et