Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 54 % artıb | Banco.az

Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 54 % artıb

2023-cü ildə Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 2022-ci illə müqayisədə 54 % artaraq 2,6 milyard dollar təşkil edib.

Banco.az  bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Hesabat dövründə turizm xidmətləri üzrə ixracın (1,5 milyard dollar) idxalı (1,1 milyard dollar) üstələməsi nəticəsində 342 milyon dollar həcmində profisit yaranıb. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 25,5% , Azərbaycana gələn xarici vətəndaşların sayı isə 30,2 % artıb.

Ən sərfəli kredit üçün müraciət et

Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 1,1 milyard dollar olub. Bunun 75,2 %-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkik idxal üçün vəsaitlər istisna olmaqla).

Ötən il qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin dəyəri əvvəlki ilə nisbətən 24,3 % azalaraq 36,6 mln dollar təşkil edib. Qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin dəyəri isə 30,9 % artaraq 1,4 milyard dollar olub.