Azərbaycanın pul bazası bir ayda 11% azalıb | Banco.az

Azərbaycanın pul bazası bir ayda 11% azalıb

Banco.az Mərkəzi Banka istinadən məlumat verir ki, 2015-ci ilin mayın 1-nə Azərbaycanda genişləndirilmiş pul bazası 7418.6 mln manat təşkil edib, bu da ötən ayla müqayisədə 12% azdır.

Ötən ilin eyni dövründə bu göstərici 11105.0 mln manat olub. Buradan belə qənaətə gəlmək olar ki, pul bazası 1 il ərzində təxminən 33% azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Pul bazası dedikdə, pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.

 

Ən sərfəli krediti almaq üçün müraciət et