Azərbaycanın Portuqaliyaya neft satışından qazancı 5%-dək artıb | Banco.az

Azərbaycanın Portuqaliyaya neft satışından qazancı 5%-dək artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Portuqaliya bu ilin yanvar-fevral aylarında Azərbaycandan 109 milyon 76 min dollar dəyərində neft idxal edib. Bu, illik müqayisədə 4 milyon 941 min dollar və ya 4,7% çoxdur. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Portuqaliyanın idxal etdiyi neftin həcmi isə 215 min 986 ton olub. Bu da ötən ilin eyni dövrünə nisbətən 26,9% artım deməkdir. 

Qeyd edək ki, ötən 2 ayda Portuqaliya Azərbaycandan ən çox neft alan 7-ci ölkə olub. Yanvar-fevral aylarında İtaliya Azərbaycanın xam neft ixrac etdiyi əsas ölkə olub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram