Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan 2025-ci ilin yanvar-fevral aylarında 26 milyon 721 min dollar dəyərində 22 min 738 ton pomidor ixrac edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə məbləğ baxımından 10,9% və ya 3 milyon 281 min dollar az, miqdar baxımından isə 4,7% çoxdur.
2024-cü ilin ilk 2 ayında ixrac edilən pomidorun miqdarı 21,7 min tona, dəyəri isə 30 milyon dollara bərabər idi.
Qeyd edək ki, yanvar-fevral aylarında pomidorun ümumi ixracda xüsusi çəkisi 0,56%-ə, qeyri-neft məhsullarının ixracında xüsusi çəkisi isə 5,51%-ə bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!