Azərbaycanın pomidor ixracından qazancı 15 mln. dollar artıb | Banco.az

Azərbaycanın pomidor ixracından qazancı 15 mln. dollar artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bu ilin yanvar-noyabr aylarında 155 milyon 361 min dollar dəyərində 129 min 790 ton pomidor ixrac edib. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə məbləğ baxımından 10,6% və ya 14 milyon 893 min dollar, həcm baxımından isə 5,5 min ton və ya 4,4% çoxdur. 

Qeyd edək ki, ötən 11 ayda pomidorun ümumi ixracda xüsusi çəkisi 0,64%-ə, qeyri-neft məhsullarının ixracında xüsusi çəkisi isə 5,03%-ə bərabər olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram