Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan 2025-ci ilin yanvar-mart aylarında 44 milyon 569 min dollar dəyərində 36 min 100 ton pomidor ixrac edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə məbləğ baxımından 1,05% və ya 472 min dollar az, miqdar baxımından isə 3 min 952 ton və ya 12,3% çoxdur.
2024-cü ilin birinci rübündə ixrac edilən pomidorun miqdarı 32,1 min tona, dəyəri isə 45 milyon dollara bərabər idi.
Qeyd edək ki, yanvar-mart aylarında pomidorun ümumi ixracda xüsusi çəkisi 0,70%-ə, qeyri-neft məhsullarının ixracında xüsusi çəkisi isə 5,77%-ə bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!