Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 3 % artıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 3 % artıb

Bu ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 13,9 milyard manatlıq, o cümlədən 7,9 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, 2021-ci ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,5 %, qeyri-ərzaq malları üzrə 3,7 % artıb.

Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:

Bu ilin yanvar-aprel aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 51,5 %-i ərzaq məhsullarının, 5,6 %-i içkilər və tütün məmulatlarının, 13,3 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,9 %-i avtomobil benzini və dizel yanacağının, 4,6 %-i elektrik malları və mebellərin, 2,4 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,5 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

report.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram