Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan 98.6 mln. ABŞ dolları dəyərində pambıq ixrac edib. Bu, illik müqayisədə 18.2 milyon dollar və ya 15.6% azdır.
Banco.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında qeyd edilib.
Bildirilib ki, 2024-cü ilin ilk 6 ayında ayında pambıq ixracının ümumi dəyəri 116.8 milyon dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 9.9% artaraq 1,8 milyard ABŞ dolları təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!