"Azərbaycanın öhdəliyini icra etməsi neftdə qiymət sabitliyi üçün vacibdir" | Banco.az

"Azərbaycanın öhdəliyini icra etməsi neftdə qiymət sabitliyi üçün vacibdir"

"Azərbaycanın OPEC+ çərçivəsində üzərinə götürdüyü öhdəlikləri icra etməsi dünya neft bazarında qiymətlərin sabitləşməsində vacibdir".

Bunu Energetika Nazirliyi və ”Azərenerji” ASC ilə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti arasında qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyası layihəsi üzrə investisiya müqaviləsi, enerji alqı-satqısı müqaviləsi və ötürücü şəbəkəyə qoşulma müqaviləsinin imzalanma mərasimində çıxış edən Səudiyyə Ərəbistanının Energetika naziri Şahzadə Əbdüləziz bin Salman Bin Əbdüləziz Əl-Səud deyib.

O, imzalanan müqavilələrin iki ölkə arasında münasibətlərin nəticəsi olduğunu qeyd edib: "Hesab edirəm ki, bu müqavilə enerji sahəsində gələcək əməkdaşlığın daha da möhkəmlənməsinə şərait yaradacaq. Biz anlayırıq ki, bu gün bütün münasibətlərin əsası enerji sahəsində əməkdaşlıqdır. Bu gün karbon emissiyasının azaldılması və təmiz enerjinin əhəmiyyətinin artdığı bir müddətdə adıçəkilən müqavilələrin imzalanması böyük əhəmiyyət daşıyır”.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram